"İnter" 21 yaşlı yarımmüdafiəçinin transferini yekunlaşdırır

"İnter" 21 yaşlı yarımmüdafiəçinin transferini yekunlaşdırır

Milan "İnter"i yeni yarımmüdafiəçi ilə güclənmək üzrədir.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, "neradzurra" "Udineze"nin 21 yaşlı yarımmüdafiəçisi Lazar Samarciçi sıralarına cəlb etməyə yaxındır.  Mənbə klublar arasında aparılan danışıqların müsbət məcrada davam etdiyini, tərəflərin hazırda son detalları müəyyənləşdirməklə məşğul olduqlarını vurğulayıb.

Qeyd edək ki, 2022/2023 mövsümündə "Udineze" forması ilə ümumilikdə 39 matça çıxan Samarciç 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər