Çingiz Ünder İstanbul nəhəngində - RƏSMİ

Çingiz Ünder İstanbul nəhəngində - RƏSMİ

"Olimpik Marsel" klubunun yarımmüdafiəçisi Çingiz Ünder karyerasını Türkiyədə davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, "Fənərbağça" 26 yaşlı futbolçu ilə müqavilə imzalayıb. 

Çingiz Ünder İstanbul nəhəngində - RƏSMİ Klubun rəsmi saytının yaydığı məlumatda müqavilənin 4 il müddətinə nəzərdə tutulduğu bildirilib.

Türkiyə millisinin futbolçusu 2021-ci ilin yayında “Roma”dan icarə əsasında “Olimpik Marsel”ə keçib və bir ildən sonra Fransa klubu onu 8,4 milyon avroya alıb.

Çingiz Ünder Fransa klubunda 93 oyuna çıxıb, 18 qol vurub və 12 məhsuldar ötürmə edib. O, Türkiyə millisində 49 oyun keçirib və 16 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər