"Mançester Yunayted"dən azad agent qismində ayrılan Nemanya Matiç "Roma" ilə müqavilə bağlayıb.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serb futbolçu 1 illik anlaşmaya imza atıb.
Dayaq yarımmüdafiəçisi "canavarlar"ın sıralarında 21 nömrəli formanı geyinəcək.
Matiç 2017-ci ildə "Çelsi"dən MY-yə keçib. Son mövsümdə bütün turnirlərdə 32 matça çıxan serbiyalı oyunçu 4 məhsuldar ötürmə müəllifi olub. O, həm "zadəganlar"ın, həm də "qırmızı şeytanlar"ın heyətində "Roma"nın indiki baş məşqçisi Joze Mourinyunun rəhbərliyi altında çıxış edib.
Nihat