İngiltərə nəhəngi "Milan"ın qapıçısını heyətinə qatır - Danışıqlar başladı

İngiltərə nəhəngi "Milan"ın qapıçısını heyətinə qatır - Danışıqlar başladı

"Milan"ın qapıçısı Mik Menyan karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, "Çelsi" 29 yaşlı qolkiperin transferi üçün "qırmızı-qaralar"la danışıqlara başlayıb. Menyanın özünün də "zadəganlar"ın formasını geyinmək variantına isti yanaşdığı bildirilib.

Qeyd edək ki, ötən mövsüm bütün tunirlərdə 53 matça çıxan Menyan onlardan 15-də qapısını toxunulmaz saxlayıb. Fransalı futbolçunun "rossonerlər"lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər