İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker (Gary Lineker) Nunu Eşpiritu Santonun (Nuno Espirito Santo) "Tottenhem"in baş məşqçisi postundan qovulmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə şəxsi "Twitter" səhifəsində paylaşım edib: “Nunu işdən çıxarıldı. Hazırda "Tottenhem" xarabalıqdır"
Nuno has been fired. @SpursOfficial are something of a shambles at present.
— Gary Lineker ? (@GaryLineker) November 1, 2021
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 10-cu turunda "Tottenhem" doğma meydanda "Mançester Yunayted"ə 0:3 hesabı ilə uduzub. Hazırda "Tottenhem" 15 xalla turnir cədvəlində səkkizinci yerdədir.
Emin Şəmsiyev