“Nyukasl Yunayted” “Börnli”nin və İngiltərə millisinin qapıçısı Nik Popun transferini rəsmən elan edib.
Fanat.Az xəbər verir ki, müqavilənin şərtləri açıqlanmasa da, transfer məbləği 11,5 milyon avro olub.
Müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
2021/2022 mövsümündə Papa "Börnli"nin heyətində bütün yarışlarda 39 oyun keçirib, 51 qol buraxıb və 9 matçda qapısını toxunulmaz saxlayıb. "Börnli" mövsümün sonunda Çempionşipə düşüb.
Mirağa