İngiltərə klubu "Roma"nın futbolçusundan əl çəkmir

İngiltərə klubu "Roma"nın futbolçusundan əl çəkmir

"Tottenhem" "Roma"nın yarımmüdafiəçisi Nikolo Dzanyolonu transfer etmək  fikrindən əl çəkməyib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercatoweb" yayıb.

Xəbərə görə, İtaliya təmsilçisi Dzanyolonu 50 milyon avroya satmaq niyyətindədir. Hotspurluların yaxın günlərdə "canavarlar"a yeni təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, 23 yaşlı Nikolo 2018-ci ilin yayından "Roma"dadır. Ötən mövsüm paytaxt təmsilçisinin forması ilə ümumilikdə 42 matça çıxan futbolçu 8 qola imza atıb. Dzanyolo Konfrans Liqasının finalında "Feyenoord"un qapısına vurulan qələbə topunun da müəllifidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər