Azərbaycanın əməkdar artisti Manana Caparidze "Bakı-2015" Avropa Oyunlarına həsr etdiyi mahnıya klip çəkdirib.
"This is my time" (“Mənim zamanımdır”) adlanan mahnının müəllifi ingilis bəstəkarı Çarlzdır.
Klipin rejissoru Nail Naiboğlunun anspress-ə verdiyi məlumata görə, mahnının ekranlaşdırılması üçün 20 saat çəkiliş gedib. Klipdə 7 məkandan istifadə olunub.
Klipin çəkiliş prosesindən görüntüləri təqdim edirik:
Fanat.az