İmmobile romalıların yeni rekordçusu oldu

İmmobile romalıların yeni rekordçusu oldu

"Latsio"nun hücumçusu Çiro İmmobile Avropa Liqasının 4-cü turunun "Şturm"la qarşılaşmasında (2:2) qol vuraraq rekordçu olub. 

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, o, romalıların heyətində Avropa arenalarında vurduğu qolların sayını 21-ə çatdırmaqla klubu üçün yeni rekord müəyyənləşdirib.

Avrokuboklarda “Latsio”nun bombardiri ünvanına sahib çıxan İmmobile 20 qol vuran keçmiş futbolçu və “qartallar”ın sabiq baş məşqçisi Simone İnzaqini geridə qoyub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər