İmmobile "Beşiktaş"dan ayrıldı

İmmobile "Beşiktaş"dan ayrıldı

"Beşiktaş" italiyalı futbolçusu Çiro İmmobile ilə əməkdaşlığa son qoyub.

Fanat.Az "Beinsports"a istinadən xəbər verir ki, italiyalı hücumçu axşam saatlarında İstanbulu tərk edəcək.

Daha öncə sözügedən oyunçunun A Seriyası təmsilçisi "Bolonya" ilə anlaşmağa yaxın olduğu barədə məlumatlar dərc edilmişdi.

Qeyd edək ki, 35 yaşlı forvard ötən mövsüm "Beşiktaş" forması ilə 41 matça çıxaraq 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər