"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirməyə çox yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı “Fotomac” yayıb.
Mənbənin məlumatına görə, “Qalatasaray” 33 yaşlı futbolçunun transferini reallaşdırmaq üzrədir. İstanbul nəhəngi mümkün transfer üçün alman futbolçu ilə şəxsi müqaviləni razılaşdırıb. Hazırda Kataloniya klubu ilə danışıqlar aparılır.
Gündoğanın "Barselona" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" onun dəyərini 18 milyon avro qiymətləndirir.
Türk əsilli futbolçu bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.
Mirağa