İlham Zəkiyev Bakı mundialında mübarizəyə başlayır

İlham Zəkiyev Bakı mundialında mübarizəyə başlayır

Bakıda paralimpiyaçı cüdoçular arasında dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın daha 6 təmsilçisi tatami üzərinə çıxacaq.

Milli üzvlərindən Zakir Mislimov (J1, 90 kq) ilk mərhələdə venesuelalı Hektor Armando Espinoza Rodriqeslə, Kənan Abdullaxanlı (J2, +90 kq) özbəkistanlı Aloviddin Jurakulovla, Xanım Hüseynova (J2, 70 kq) gürcüstanlı İna Kaldani ilə, Dürsədəf Kərimova (J2, +70 kq) uruqvaylı Mariana Mederos ilə, Xatirə İsmiyeva (J1, +70 kq) özbəkistanlı Feruza Erqaşeva ilə üz-üzə gələcək. Mislimov mübarizəyə 1/16 finaldan, Abdullaxanlı və Kərimova 1/8 finaldan, digər təmsilçilərimiz isə 1/4 finaldan qoşulacaq.

Nəhayət, kişilərin J1 kateqoriyası üzrə 90 kiloqramdan ağır çəki dərəcəsində yer alan ikiqat paralimpiya, ikiqat dünya və səkkizqat Avropa çempionu İlham Zəkiyev 1/8 finalda türkiyəli Onur Tastanı sınağa çəkəcək.

Görüşlər saat 11:00-da başlayacaq.

Qeyd edək ki, ilk yarış günündə mübarizəyə qoşulan Azərbaycanın 7 idmançısından 2-si medal qazana bilib. Qadınlardan Şəhanə Hacıyeva (J2, 48 kq), kişilərdən Namiq Abaslı (J2, 73 kq) bürünc mükafata yiyələniblər. Dünya çempionatına sabah komanda yarışı ilə yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər