İlço Naumoski rəsmən “İnter”də

İlço Naumoski rəsmən “İnter”də

“İnter” növbəti transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bank klubu İlço Naumoski ilə 1+1 sistemi üzrə müqavilə imzlayıb.

Qeyd edək ki, Naumoskinin son iş yeri Avstriyanın “Mattersburq” klubu olub. 2005-ci ildən bu komandada çıxış edən 30 yaşlı forvard 197 oyunda 46 qol vurub. O, əvvəllər Avstriyanın “Qrazer AK”, Türkiyənin “Malatyaspor” və İtaliyanın “Kataniya” klublarında çıxış edib. İlçonun İtaliya karyerası uğursuz alınıb. Belə ki, o, “Kataniya”nın əsas heyətində debüt edə bilməyib.

Naumoski Makedoniya milli komandasının üzvüdü. 2003-cü ildən komandaya çağırılan futbolçu 45 oyunda 9 qola imza atıb. O, yığmanın heyətində Andorra (3), Albaniya, Xorvatiya, Lüksemburq, Şotlandiya, Çernoqoriya və Ermənistana qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər