İbrahimoviç Romaya gedir

İbrahimoviç Romaya gedir

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının 34-cü turunun “Latsio” ilə oyununda meydana çıxa bilər. 

Fanat.Az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 40 yaşlı isveçli futbolçu zədəsini sağaldıb və qarşıdakı görüşdə iştirak edə bilər. 

Xatırladaq ki, İbrahimoviç zədə səbəbindən “Milan”ın son iki matçını buraxıb.

2020-ci ildən "Milan"da çıxış edən Zlatanın klubla hazırkı müqaviləsi 30 iyun 2022-ci ildə başa çatır. İbrahimoviç bu mövsüm A Seriyasında 19 oyuna çıxıb, 8 qol vurub və iki məhsuldar ötürmə edib.

"Latsio" - "Milan" oyunu sabah Romadakı "Olimpiko" stadionunda keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər