İbrahimoviç bunu Romada vurduğu qolla bacardı

İbrahimoviç bunu Romada vurduğu qolla bacardı

İtaliya A Seriyasının 11-ci turunda keçirilən "Roma" - "Milan" oyunu (1:2) qonaqların hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, matçın 26-cı dəqiqəsində komandasını cərimə zərbəsindən fərqlənərək hesabda önə keçirən İbra A Seriyasında 150-ci qolunu vurub.

Bu, 40 yaşlı forvardın milli çempionatlarda imza atdığı 400-cü qol kimi tarixə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər