İbrahimoviç Bakıya niyə gəlib? - Səbəb açıqlandı

İbrahimoviç Bakıya niyə gəlib? - Səbəb açıqlandı
İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin Bakıya gəlişinin səbəbi məlum olub. Fanat.az xəbər verir ki, İbra Azərbaycana keçmiş qaydasız döyüşçü Faiq Babanlının dəvəti ilə gəlib.
Faiq Babanlı sportbox.az saytına açıqlamasında xəbəri təsdiq edib: “Biz Zalatanı dəvət etmişik ki, o, Azərbaycanla tanış olsun. Ona Bakı və regionları göstərəcəyik. İbrahimoviçin ölkəmizdə 3-4 gün qalması planlaşdırılır. Onun gəlişi nə “Bakı-2015”, nə də reklam çəkilişi ilə bağlıdı. Bunlar hamısı şayiədi. Mən və dostum Asif İlyasov Zlatana Azərbaycanın gözəlliyini nümayiş etdirmək fikrindəyik”.
Faiq Babanlı İbrahimoviçin Azərbaycana ov etmək üçün gəlməsi haqda xəbərlərə də toxunub: “Zlatan ov həvəskarı deyil. O, daha çox ekstremal idman növlərinin həvəskarıdı”. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər