I Liqa: "Zaqatala"dan sürpriz məğlubiyyət

I Liqa: "Zaqatala"dan sürpriz məğlubiyyət

Azərbaycan I Liqasında 6-cı turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş keçirilib. 

“Baku Sportinq” “Qaradağ Lökbatan”la matçda minimal hesablı qələbəyə sevinib. Autsayderlərdən olan “Difai” isə gözlənilmədən liderlər mövqeyində qərarlaşan “Zaqatala”ya inamlı hesabla qalib gəlib.  Qeyd edək ki, dünən keçirilən açılış oyununda "Cəbrayıl" "Mingəçevir"i 3:0 hesabı ilə üstələyib.

Tur sabah oynanılacaq bir görüşlə yekunlaşacaq.

I Liqa 6-cı tur 25 oktyabr

Qaradağ Lökbatan – Baku Sportinq 2:3 Qollar: Ramin Məhərrəmli, 53; Araz Abdullayev, 64 - Şahin Balejai, 21; İsa Zeynallı, 78; 83  Lökbatan OİK

Difai – Zaqatala 3:1 Qollar: Xəyyam Məmmədli, 28; Muhamməd Alfa, 45+1; Emil Quluzadə, 80 - Roini İsmayılov, 88. Şamaxı, OİK stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər