I Liqa: "Səbail"dən darmadağın, "Şimal"a 1 qol bəs etdi

I Liqa: "Səbail"dən darmadağın, "Şimal"a 1 qol bəs etdi

Azərbaycan I Liqasında 23-cü tura bu gün yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son günündə iki oyun keçirilib.

Premyer Liqaya iddialı komandalardan "Baku Sportinq" Şamaxıda "Şimal"a məğlub olub, "Səbail" isə Buzovnada "Difai"ni məğlub edib. 

Hər iki qarşılaşma saat 16:00-da start götürüb.

Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmalarda “Şəfa” MOİK üzərində 3:0 hesablı qələbə qazanıb, “Şahdağ Qusar” səgərdə “Zaqatala”nı 1:0 üstələyib, “Mingəçevir”isə gözlənilmədən “Cəbrayıl”a 1:2 uduzub. 

Azərbaycan I Liqası XXIII tur 23 aprel 

“Şimal” – “Bakı Sportinq” 1:0

Qol: A.Qla, 12. Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Asif Əliyev. Şamaxı OİK stadionu.

“Difai” – “Səbail” 0:4

Qollar: K.Quliyev, 22,47. Q.Səfərov, 51,59. Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Törə Əhmədova. Buzovna qəsəbə stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər