İngiltərə Premyer Liqasının (İPL) 29-cu turunda səfərdə "Vulverhempton"a 90+4-cü dəqiqədə qol buraxaraq uduzan (1:2) "Liverpul" liqa tarixinin antirekorduna imza atıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "qırmızılar" bu mövsüm çempionatda uzatma dəqiqələrində qapısında gördüyü qol səbəbindən 5 dəfə yeniliblər.
Mersisayd təmsilçisi oxşar ssenari ilə "Kristal Pelas"a (6-cı tur, 1:2), "Çelsi"yə (7-ci tur, 1:2), "Bornmut"a (23-cü tur, 2:3) və "Mançester Siti"yə (25-cı tur, 1:2) də məğlub olub.
Bu, İPL tarixində indiyədək heç bir komandanın üzləşmədiyi uğursuzluqdur.
Qeyd edək ki, "Liverpul" İPL-in turnir cədvəlində 48 xalla 5-ci pillədə mövqe tutubsa, 16 xala malik "Vulverhempton" 20-ci - sonuncu yerdə qərarlaşıb.
Toğrul