Hakimlər meydana çıxmaqdan imtina etdilər, oyun baş tutmadı

Hakimlər meydana çıxmaqdan imtina etdilər, oyun baş tutmadı

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin ilk turunun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan çempionatın 7-ci turuna “Murov” - “Neftçi” matçı ilə start verilib.

Çempionatın lideri “Murov” yenə qələbəyə sevinib. Komanda 3 xalı rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb.

Bu gün 7-ci tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” - MOİK qarşılaşması təxirə salınıb. Buna hakimlərin oyuna çıxmaqdan imtina etməsi səbəb olub.

“Murov” hazırda 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, eyni xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər