Gözəlbəyliyə növbəti beynəlxalq təyinat

Gözəlbəyliyə növbəti beynəlxalq təyinat

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

Fanat.Az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında CEV Kubokunun 1/16 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib.

O, noyabrın 30-da İzmirdə keçiriləcək “Arkas” (Türkiyə) -  “Neftohimik” (Bolqarıstan) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. 

Görüşün hakimləri ingiltərəli Dominik Byeqaylo və çexiyalı Roman Marşner olacaq.

Bu komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər