Gözəlbəyli Çelenc kubokuna təyinat aldı

Gözəlbəyli Çelenc kubokuna təyinat aldı

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

Fanat.Az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final matçının supervayzeri təyin edilib.

O, noyabrın 21-də Bakıda keçiriləcək “Xarı Bülbül Şuşa” -  “Panatinaikos” (Afina) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər