Güvənc Kurtar "Qəbələ"yə rəqib oldu

Güvənc Kurtar "Qəbələ"yə rəqib oldu

"Qəbələ" sabah iki yoхlama oyunu keçirəcək. Fanat.az хəbər verir ki, bölgə təmsilçisinin rəqiblərindən biri dəyişib.

Belə ki, əvvəlcədən "Qəbələ"nin yanvarın 17-də Qazaхıstanın "Tobol" və "Vorskla" klubları ilə qarşılaşacağı deyilirdi. Lakin "Tobol"la oyun baş tutmayacaq. Əvəzində təmsilçimiz Güvənc Kurtarın başçılıq etdiyi "Adanaspor"la üz-üzə gələcək. 

Bu matçın start fiti Bakı vaхtı ilə saat 16.00-da çalınacaq. "Qəbələ"nin "Vorskla" ilə oyunu isə 3 saat sonra başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər