Günün transfer xəbərləri: Bernardu Silvanın iki "adaxlı"sı var

Günün transfer xəbərləri: Bernardu Silvanın iki "adaxlı"sı var

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.  "Corriere Dello Sport" nəşri: "Napoli" Miralem Pyaniçlə (Miralem Pjanic) maraqlanır.  "Yuventus" da 31 yaşlı futbolçunu yenidən transfer etmək istəyir, lakin Neapol təmsilçiləri daha iddialı görünür.

"Le 10 Sport" idman xəbəri saytı: Hazırda "Milan" və "Barselona" Bernardu Silvanı (Bernardo Silva) heyətinə qatmağı düşünür.

"Tuttosport" nəşri: "Tottenhem" klubu "Yuventus"un yarımmüdafiəçisi Makkennini (Weston McKennie) transfer etmək niyyətindədir.

Baş tutmuş transfer xəbərləri:

Morqan Rocers (Morgan Rogers) (19 yaşlı vinger)

"Mançester Siti" klubundan (İngiltərə)  "Bornmut"a (İngiltərə) icarəyə verilib. Satınalma hüququ ilə 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Linkoln Siti"də keçirib.

Pol Lirola (Paul Lirola) (24 yaşlı futbolçu)

"Fiorentina"dan (İtaliya)  "Marsel"ə (Fransa) transfer olunub Transfer məbləği 6.5 milyon avro olan futbolçu müqaviləsini 2025/26 mövsümünün sonuna qədər imzalayıb. 

Xonatan Viera (Jonatan Viera) (İspaniyalı yarımmüdafiəçi)

"Beytszin Quan"dan (Çin) - "Las Palmas" (İspaniya) klubuna transfer olunub. Futbolçu kluba zad agent qismində keçib. Müqaviləsi 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulur.

Cedran Şakiri (Xhedran Shaqiri) (29 yaşlı vinger)

"Liverpul"dan (İngiltərə)  "Lion" (Fransa) klubuna transferi baş tutub. Transfer məbləği 12 milyon avro olan futbolçu klubla 2024-cü ilə qədər müqavilə imzalayıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər