Günün transfer xəbərləri: "Nyukasl" Navasa təklif göndərdi

Günün transfer xəbərləri: "Nyukasl" Navasa təklif göndərdi

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Sport Es" nəşri: "Barselona" Braziliyanın "Palmeyras"ının yüksələn ulduzu Endriki diqqətlə izləyir. Kataloniyalılar 15 yaşlı futbolçunu nəzarətdə saxlamaq üçün skaut göndərib. Futbolçu ilə "Real" və "Mançester Yunayted" də maraqlanır.

"Diario AS" nəşri: Keylor Navas "Nyukasl"a keçə bilər. 35 yaşlı qapıçı 15 milyon avroya "Real Madrid"dən PSJ-yə keçib. Kosta-Rikalı futbolçu Premyer Liqada gücünü sınamağa qarşı deyil. "Nyukasl" sərfəli maaşla təklif göndərib.

Fanat.Az idman agentliyi: 32 yaşlı Aleşandre Pato, "Orlando Siti" ilə müqaviləsini 31 dekabr 2022-ci ilə qədər uzadıb.

Baş tutmuş transfer xəbərləri:

Kristiano Piccini (29 yaşlı oyunçu)

"Valensiya"dan (İspaniya)  "Srvena Zvezda"ya (Serbiya) keçib.

Azad agent qismində keçid edən futbolçunun müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Lyuis Beyker (26 yaşlı oyunçu)

"Çelsi"dən (İngiltərə) "Stok Siti"yə (İngiltərə) keçib.

Futbolçunun müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Fil Caqielka (39 yaşlı müdafiəçi)

"Derbi Kaunti"dən (İngiltərə)  "Stok Siti"yə (İngiltərə) keçid edib

Azad agent qismində keçid edən futbolçunun müqaviləsi 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər