Günün transfer xəbərləri: Mustafi İspaniyada, "Beşiktaş"da ayrılıq

Günün transfer xəbərləri: Mustafi İspaniyada, "Beşiktaş"da ayrılıq

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

"Fanatik" saytı: "Beşiktaş" və Adem Lyayiç (Adem Lajiç) müqaviləyə xitam verib.

"Daily Mail"nəşri: "Barselona" yanvarda Dani Olmonun transferini reallaşdırmağı planlaşdırır.

Baş tutmuş transfer xəbərləri:

Şkodran Mustafi (Shkodran Mustafi, 29 yaş)

"Şalke 04"dən (Almaniya)  "Levante"yə (İspaniya) keçidini reallaşdırıb. Azad agent qismində keçən futbolçu müqaviləsini 2022/23 mövsümünün sonuna qədər imzalayıb.

Günün transfer xəbərləri: Mustafi İspaniyada, "Beşiktaş"da ayrılıq

Nabil Dirar (35 yaş)

"Fənərbağça"dan (Türkiyə)  "Kasımpaşa"ya (Türkiyə) keçidini reallaşdırıb. Azad agent qismində keçən futbolçu müqaviləsini 2022/23 mövsümünün sonuna qədər imzalayıb.

Günün transfer xəbərləri: Mustafi İspaniyada, "Beşiktaş"da ayrılıq

Konstantin Maradişvili (21 yaş)

CSKA-dan (Rusiya)  "Lokomotiv"ə (Rusiya) transfer olunub. Transfer məbləği 7 milyon avro olan futbolçu müqaviləsini 2025/26 mövsümünün sonuna qədər uzadıb. 

Maksim Karpov (26 yaş)

"Krılya Sovetov" (Rusiya)  "Ximki" (Rusiya) klubuna icarəyə verilib. Futbolçu klubda 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər