Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Canluka Di Martsio idman jurnalisti: "Sampdoria" Vladislav Supryaganın 7 milyon avroya keçidini Kiyev "Dinamo"su ilə razılaşdırıb.
"Telegraph" nəşri: "Tottenhem" "Lids"in hücumçusu Patrik Bemfordla (Patrick Bamford) maraqlanır. 27 yaşlı ingilis futbolçu klubdan ayrılma ehtimalı yüksək olan Harri Keynin (Harry Kane) əvəzedicisi olaraq nəzərdə tutulur.
"The Sun" nəşri: İngiltərənin bir neçə klubu "Kristal Palas"la müqaviləsi bu yay başa çatan 35 yaşlı Qari Kehillin (Gary Cahill) xidmətində maraqlıdır. Bunların arasında "Bornmut" və "Norviç" klublar da var.
"Fanatik" idman xəbəri saytı: Mişi Batşuayi (Michy Batshuayi) "Beşiktaş"a keçidini tamamlamaq üçün İstanbula gəlib.

Baş tutmuş transfer xəbərləri:
Robert Endrix (Robert Andrich, 26 yaşlı yarımmüdafiəçi)
"Yunion"dan (Almaniya) "Bayer 04" (Almaniya) klubuna keçidini reallaşdırıb. Yeni klubu ilə 5 illik müqavilə bağlayan futbolçu ötən mövsüm 31 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Ben Davis (Ben Davies, 26 yaşlı müdafiəçi)
"Liverpul"dan (İngiltərə) - "Şeffild Yunayted"ə (İngiltərə) transfer olunub. Cari mövsümün sonuna qədər icarə əsasında oynayacaq futbolçunun transfer dəyəri 500 min funt sterlinq təşkil edib.
Emin Şəmsiyev