Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Canluka Di Martsiodan xəbərlər:
"Sesk Fabreqas İtaliya B Seriyasında çıxış edən "Komo"ya keçəcək. İspaniyalı futbolçu ilə 2 illik müqavilə razılaşdırılıb".
"Napoli" PSJ-nin müdafiəçisi Abdo Diallo ilə maraqlanır".
"Montsa" çərşənbə axşamı Andrea Petanyanı transfer etməyə çalışacaq".
"Nahuel Molina "Udineze"dən "Atletiko Madrid"ə keçəcək".
Fabrtsio Romanodan xəbərlər:
"Napoli" və PSJ Abdu Diallonun İtaliya klubuna transferi barədə danışıqlar aparacaq. Transferin məbləği 20-25 milyon avro ola bilər".
"Lisandro Martines "Mançester Yunayted"lə müqavilə imzalamağa yaxındır. Cümə günü klublar yekun detalları müzakirə edəcək".
"Sky Sports"un jurnalisti Pedro Sepulveda: "Kim Min Cey 19,5 milyon avroya "Fənərbağça"dan "Renn"ə keçəcək. Koreyalı futbolçu ilə 4 illik müqavilə imzalanacaq".
Baş tutmuş transfer xəbərləri:
21 yaşlı yarımmüdafiəçi Entso Fernandes "River Pleyt"dən "Benfika"ya keçib. Transfer məbləği 18 milyon avro olan futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Ali Sou 2022/23-cü illər mövsümünün sonuna qədər icarə əsasında "Rostov"dan "Ankaragücü"yə keçib.
Yaka Biyol Moskva MOİK-indən "Udineze"yə keçib. Transfer məbləği 4 milyon avro olan futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Emin Şəmsiyev