Günün transfer xəbərləri: "Fənərbağça"nın futbolçusu Rusiya yolunda

Günün transfer xəbərləri: "Fənərbağça"nın futbolçusu Rusiya yolunda

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport Bild" nəşri: "PSJ bu yay "Liverpul"dan ayrılacağı təqdirdə, Sadio Maneni heyətinə cəlb etmək üçün favoritdir".

"Fichajes" saytı: "Sevilya" "Sparta Praqa"nın hücumçusu Adam Qlozek üçün təklif hazırlayır. İspaniya klubu hücum xəttini gücləndirməyə çalışır. Sevilyalıların idman direktoru Monçi uzun müddətdir ki, 19 yaşlı futbolçunu izləyir".

Günün transfer xəbərləri: "Fənərbağça"nın futbolçusu Rusiya yolunda

"Sport Ekspress" saytı: "Spartak" İlya Kutepovla müqaviləni yeniləməyəcək və müdafiəçi yayda azad agent qismində Moskva klubundan ayrılacaq. İlya 2012-ci ildən "Spartak"da çıxış edir. O, bu müddətdə Rusiya çempionu adını qazanıb və Rusiya Superkubokunun qalibi olub".

"Benfika" klubunun rəsmi saytı: "Rocer Şmidt "Benfika"nın yeni baş məşqçisidir. Müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub".

Günün transfer xəbərləri: "Fənərbağça"nın futbolçusu Rusiya yolunda

Türkiyəli jurnalist Yağız Sabuncuoğlu: "Moskva MOİK-i "Fənərbağça"nın yarımmüdafiəçisi Mert Yandaşla maraqlanır. Rusiya klubu futbolçunun transfer hüquqlarına yiyələnmək istəyir. Yandaşın "Fənərbağça" ilə olan müqaviləsinin müddəti 2024-cü ilə qədərdir. Onun transfer qiyməti 2,3 milyon avro ilə qiymətləndirilir".

Günün transfer xəbərləri: "Fənərbağça"nın futbolçusu Rusiya yolunda

"ITASportPress" saytı: "Bolonya" rəhbərliyi baş məşqçi postuna Roberto de Dzerbini dəvət etməyi planlaşdırır. İtaliya klubunun hazırkı çalışdırıcısı Sinişa Mixayloviç səhhətində yaranan problemlərə görə postunu tərk edə bilər. De Dzerbi onun yerini tutmağa hazırdır, lakin tərəflər hələ də sövdələşmənin maliyyə komponenti ilə bağlı razılığa gəlməlidirlər".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər