Günün transfer xəbərləri: "Fənərbağça" "Atletiko"nun hücumçusu ilə maraqlanır

Günün transfer xəbərləri: "Fənərbağça" "Atletiko"nun hücumçusu ilə maraqlanır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport ES" saytı: "Vulverhempton"un futbolçusu Ruben Neveş karyerasını İspaniyada davam etdirə bilər. Portuqaliyalı yarımmüdafiəçi yay transfer pəncərəsi dönəmində "Barselona"ya keçə bilər. 

"FIchases" nəşri: Dieqo Martines "Sevilya"nın baş məşqçisi ola bilər. İspan mütəxəssis bir neçə il əvvəl klubda baş məşqçi köməkçisi işləyib.

"Sky Sports" saytı: "Ayaks" Erik ten Haqla vidalaşıb. Niderlandlı mütəxəssis yeni klubu "Mançester Yunayted"ə qoşulmaq üçün bu gün Mançester şəhərinə gedəcək.

"Mundo Deportivo" nəşri: "Atletiko Madrid" hücumçusu Luis Suaresin mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. Azad agent olan futbolçunun karyerasını İspaniyada davam etdirmək variantları var. Suaresin adı həm də "Fənərbağça"ya keçiddə hallanır.

"ESPN" saytı: "Arsenal" Paulo Dibalanın agentləri ilə əlaqə saxlayıb. Argentinalı futbolçu yayda azad agent qismində Turin klubunu tərk edəcək. A Seriyası təmsilçilərindən "İnter" və "Roma" Dibalanın xidmətində maraqlıdır. 29 yaşlı hücumçu seçim qarşısındadır. Onun ən sərfəli təklif planı təqdim edən komandanı seçəcəyi gözlənilir. 

"The Athletic" nəşri: "Quardiola "Mançester Siti"də daha iki mövqeyi gücləndirmək istəyir. Hücumçu Erlinq Holandı aldıqdan sonra ispan mütəxəssis komandada sol cinah müdafiəçisi və müdafiəyəmeyilli yarımmüdafiəçi görmək istəyir. Sonuncu Fernandinyonun yerini tutmalıdır".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər