Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Calciomercato" xəbər qəzeti: "Roma" rəhbərliyi "Vilyarreal"ın yarımmüdafiəçisi Alfonso Pedrazanı heyətinə qatmağa hazırlaşır. Futbolçu ilə maraqlananlar siyahısında "Barselona", "Milan" və "Çelsi" də var".
"Mundo Deportivo" xəbər agentliyi: "Bavariya" amerikalı müdafiəçi Serjinyo Destin transferi üçün klubu "Barselona"ya müraciət ünvanlayıb. Baxmayaraq ki, 20 yaşlı futbolçu mərkəz mövqeyində oynayır, almanlar onu sağ cinah müdafiəçisi kimi görürlər".
Rik Elfrink, "Eindhovens Dagblad"ın jurnalisti: "Borussiya" yaxın günlərdə Doniella Malen üçün PSV-yə müraciət edəcək. Artıq futbolçunun meneceri Mino Rayola ilə danışıqlar aparılıb. Hollandiya klubunun 21 yaşlı hücumçu üçün 30 milyon avrodan çox pul tələb edəcəyi gözlənilir".
Canluka Di Marsio, idman jurnalisti: "Roma" və "Palmeyras" uruqvaylı müdafiəçi Matias Vinyanın transferi üçün 10 milyon avro üstəgəl bonus qarşılığında razılığa gəliblər. O, A Seriyası klubunun heyətində zədəli Leonardo Spinatsolanı əvəz edəcək".
Baş tutmuş transfer xəbərləri:
Albert Sambi Lokonqa (21 yaşlı belçikalı yarımmüdafiəçi)
"Anderlext"dən (Belçika) "Arsenal"a (İngiltərə)
Transfer məbləği: 17,5 milyon avro, üstəgəl 4,5 milyon avro. 5 illik müqavilə. Son mövsümdə 37 oyunda forma geyinən futbolçu üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Braim Diaz (21 yaşlı yarımmüdafiəçi)
"Real Madrid"dən (İspaniya) "Milan"a (İtaliya)
22 milyon avroya almaq seçimi ilə 3 milyon avroya 2 mövsümlük icarə. "Real Madrid" 27 milyon avro qarşılığında futbolçunu almaq hüququna sahib olacaq.
Emin Şəmsiyev