Günün transfer xəbərləri: Arnautoviçin yoldaşının İstanbul arzusu

Günün transfer xəbərləri: Arnautoviçin yoldaşının İstanbul arzusu

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Calciomercato" nəşri: "Milan"ın direktoru Paolo Maldini hücumçu Rafael Leaunun "Çelsi"yə keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərək bildirib ki, bunlar hamısı şayiədir".

İnsayder Fabritsio Romano: "Malili yarımmüdafiəçi Mussa Cenepo "Sauthempton"la müqaviləsini 2024/25 mövsümünün sonuna qədər uzadıb". 

"Daily Mail" nəşri: "Mançester Siti" növbəti transfer hədəfin müəyyənləşdirib."Borussiya Dortmund"un yarımmüdafiəçisi Cud Bellingemin "şəhərlilər"in sıralarına qoşulmaq istədiyi bildirilir".

"Calciomercato" nəşri: "Real Madrid"in hücumameyilli yarımmüdafiəçisi Marko Asensio gələn yay "Arsenal"a keçəcək".

"Tuttomercatoweb" saytı: "Bolonya"nın hücumçusu Marko Arnautoviç gələn yay "Qalatasaray"ın futbolçusu ola bilər. 33 yaşlı avstriyalı futbolçunun həyat yoldaşı Sara İstanbulda yaşamaq arzusundadır və gələn il onu "Qalatasaray"a keçməyə razı salacaq".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər