Güləşçilərimiz rəqiblərini tanıdı - "Bakı-2015"

Güləşçilərimiz rəqiblərini tanıdı - "Bakı-2015"
Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 
Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq. 
İyunun 13-də 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq. Artıq ilk gün mübarizə aparacaq güləşçilərin çəki prosesi baş tutub və püşkatma keçirilib.
59 kq 
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO) 
71 kq 
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA)
80 kq 
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT)
98 kq 
1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (SWE)
İlk görüşlər Bakı vaxtı ilə saat 10.00-da başlayacaq. 
Güləşçilərimiz rəqiblərini tanıdı - "Bakı-2015"
Güləşçilərimiz rəqiblərini tanıdı - "Bakı-2015"
Güləşçilərimiz rəqiblərini tanıdı - "Bakı-2015"
Güləşçilərimiz rəqiblərini tanıdı - "Bakı-2015"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər