Götze MLS-də oynamaq istəyir

Götze MLS-də oynamaq istəyir

"PSV Eyndhoven"in futbolçusu Mario Götze gələcək planları ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, alman yarımmüdafiəçi "Kicker"ə açıqlamasında MLS-də oynamaq istədiyini bildirib: 

"Mümkün olduğu müddətdə Avropada oynamaqdan zövq almağa çalışıram. Daha sonra isə MLS-ə getmək istəyirəm. Bu, əla olardı. Ancaq dəqiq planım yoxdur. Çünki gələcəklə bağlı nəsə təxmin etmək üçün futbol çox dinamikdir". 

Qeyd edək ki, Götzenin Niderland klubu ilə hazırki müqaviləsi 2024-cü ildə başa çatır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər