Ginter AÇ-ni kənardan izləyəcək

Ginter AÇ-ni kənardan izləyəcək

"Fraybuq"un və Almaniya millisinin futbolçusu Matias Ginter zədə səbəbindən mövsümü erkən başa vurub.

Fanbat.Az "Kicker"ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin axill vətərində problemlər aşkarlanıb.

Almaniyalı oyunçu əməliyyat olunacaq və yayda ölkəsində keçiriləcək AÇ-2024-ü kənardan izləyəcək.

Qeyd edək ki,  Ginter cari mövsüm 34 oyuna çıxaraq iki məhsuldar ötürmə ilə yadda qalıb. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər