Futbol matçında insident: Azarkeşlər acığını VAR-dan çıxdı

Futbol matçında insident: Azarkeşlər acığını VAR-dan çıxdı

Braziliya A Seriyasında son turun "Qremio" - "Palmeyras" matçı olduqca maraqlı görüntülərə səhnə olub. 

Fanat.Az xəbər verir ki, tətbiq edildiyi gündən müzakirə mövzusu olan VAR sistemi nəhayət, bir klubun azarkeşlərini özündən çıxarıb. 

Aşağı pillələrdən qurtulmaq üçün mübarizə aparan "Qremio" evdə qəbul etdiyi "Palmeyras"a 3:1 hesabı ilə uduzub. Meydan sahibləri hesabda 1:2 geri olarkən qol vurub. Lakin azarkeşlər heç-heçənin dadını çıxararkən, qol VAR-ın müdaxiləsi ilə ləğv edilib.

Əlavə vaxtda daha bir qol vuran qonaq komanda 3:1 hesablı qələbə qazanıb. Final fiti səslənən kimi meydana axışan “Qremio” azarkeşləri hirsini VAR-dan çıxarıb. Çılğına dönən kütlə monitor və sistemin digər hissələrini təpiklə sındırıblar.

Futbol meydanlarında ilk dəfə baş verən bu hadisədə hansı cəzanın olacağı maraq doğurur. VAR insidentinə görə Braziliya Federasiyasının "Qremio" klubuna ciddi sanksiya tətbiq edəcəyi gözlənilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər