"Fulhem"in futbolçusu "Beşiktaş"a keçir - SON DURUM

"Fulhem"in futbolçusu "Beşiktaş"a keçir - SON DURUM

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Fanat.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin "Fulhem" klubunun formasını geyinən Kenni Tete ilə razılığa gəlib.

Xəbərə görə, 28 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanacaq. Mənbə niderlandlı oyunçunun "qara qartallar"a azad agent statusu ilə qoşulacağını da vurğulayıb.

Qeyd edək ki, Tete 2020-ci ildən "ağlar"ın uğurları üçün çalışır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər