"Fənərbağça"nı çalışdırmağa əsas namizədin adı açıqlandı

"Fənərbağça"nı çalışdırmağa əsas namizədin adı açıqlandı
Loran Blan Türkiyəyə köçmək üzrədi.
 
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı fransız "Fənərbağça”nın baş məşqçisi olmağa əsas namizəddi.
Ersun Yanalı martın əvvəlində istefaya göndərən klub rəhbərliyi artıq sözügedən mütəxəssilə danışıqlara başlayıb. Tərəflər ortaq məxrəcə gəlsə, İstanbul təmsilçisi bu yay - 2020/21 mövsümü ərəfəsində rəsmən Blana tapşırılacaq.
Sözügedən çalışdırıcı daha öncə "Bordo”nun, Fransa yığmasının və PSj-nin baş məşqçisi olub. O, 2016-cı ildən bəri heç bir komandanı çalışdırmayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər