Fransa Kuboku: “Olimpik Marsel”i yarımfinala buraxmadılar

Fransa Kuboku: “Olimpik Marsel”i yarımfinala buraxmadılar

Fransa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Nant” “Lans”ı, “Tuluza” isə “Rodez”i məğlub edərək yarımfinala vəsiqə qazanıb. Marsel “Olimpik”i isə aşağı liqa təmsilçisi “Ansi”yə penaltilərlə uduzaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, ilk oyun günündə Lion “Olimpik”i də yarımfinala vəsiqə qazanmışdı.

Fransa Kuboku 1/4 final 1 mart

Nant – Lans 2:1 Qol: Delor, 31-pen; 59-pen – Fofana, 28.

Tuluza – Rodez 6:1 Qol: Abuxlal, 5. Van den Bomen, 7. Dallinqa, 10; 51. Çaibi, 21. Suazo, 38 – Yunussa, 69.

Olimpik (Marsel) – Ansi 2:2 (penaltilər 6:7) Qol: Veretu, 29. Muqe, 90+6 – Dion, 53. Muanqa, 59.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər