"Formula 1"in açılışında Azərbaycan himni yeni aranjimanda - VİDEO

"Formula 1"in açılışında Azərbaycan himni yeni aranjimanda - VİDEO
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimində Azərbaycan Dövlət himni yeni aranjimanda səsləndirilib.
Trend-in məlumatına görə, Dövlət himnimiz tar, kamança və digər alətlərin müşayiəti ilə müğənnilər Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən yeni aranjimanda ifa olunub.
Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçirilir.
Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər