FIFA İspaniya La Liqasının XXI turunun "Jirona” - "Barselona” oyununun ABŞ-ın Mayami şəhərində keçirilməsi istəyinə yox cavabı verib.
Fanat.Az xəbər verir ki, bununla bağlı FIFA Şurasının Ruandanın paytaxtı Kiqalidə keçirilən iclasında qəbul edilib.
Ali futbol qurumu İspaniya Kral Futbol Federasiyasının mövqeyini dəstəkləyib. Futbol federasiyası da çempionat oyununun ölkə hüdudlrından kənarda keçirilməsinə qarşı idi.
Qeyd edək ki, La Liqa rəhbərliyi matçın 2019-cu il yanvarın 27-də ABŞ-da keçirilməsini planlaşdırırdı.
Fanat.Az