FIBA Avropa Kuboku: "Neftçi"nin Estoniya, "Abşeron Lions"un Polşa sınağı

FIBA Avropa Kuboku: "Neftçi"nin Estoniya, "Abşeron Lions"un Polşa sınağı

Bu gün Azərbaycanın kişilərdən ibarət basketbol komandaları FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçirəcəklər.

Fanat.Az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" ilə "Abşeron Lions" yarışın 5-ci turu çərçivəsində səfərdə oynayacaqlar.

Estoniyanın "Kalev" komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da Tallindəki "Kalev İdman Arenası"nda start götürəcək.

Qrupun digər görüşündə "Abşeron Lions" Polşa təmsilçisi "Trefl"lə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş 22:15-də Sopotdakı "Sentennial Sport Hall"da baş tutacaq.

FİBA Avropa Kuboku I qrupu, 5-ci tur 12 notyabr

21:30. "Kalev" (Estoniya - "Neftçi" (Azərbaycan)   Tallin. "Kalev Sport Arena".

22.15. "Trefl" (Polşa) - "Abşeron Lions" (Azərbaycan)  Sopot. "Sentennial Sport Hall".

1. Trefl 4 3 1 +62 7 2. Neftçi 4 3 1 +5 7 3. Abşeron Lions 4 1 3 -5 5 4. Kalev 4 1 3 -59 5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər