“Beşiktaş”ın prezidenti Hasan Arat komandanın baş məşqçisi Fernandu Santuşun İstanbul klubundakı taleyinin necə olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, o,“Hürriyet”ə açıqlamasında belə danışıb:
“Fernandu Santuşa güvənirik. Belə olmasaydı, onunla bu yola çıxmazdıq. "Beşiktaş"a çətin dönəmdə gəldi. Santuşla müqaviləsinin müddəti bitənə qədər əməkdaşlığı davam etdirəcəyik”.
Qeyd edək ki, uğursuz nəticələrlə diqqət çəkən Santuşun "qartallar"la sözləşməsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Nihat