Fernandeşə görə "Beşiktaş"a milyonlar təklif etdilər - MƏBLƏĞ

Fernandeşə görə "Beşiktaş"a milyonlar təklif etdilər - MƏBLƏĞ

"Beşiktaş"ın və Portuqaliya millisinin yarımmüdafiəçisi Jedson Fernandeşin yeni müştərisi var.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" yayıb.

Xəbərə görə, sözügedən oyunçunun xidmətində "Zenit" maraqlıdır. Mənbə Sankt-Peterburq klubunun "Beşiktaş"a 15 milyon avro təklif etdiyini, lakin "qara qartal"ın bu transferdən azı 20 milyon avro qazanmaq istədiyini vurğulayıb.

"Zenit" ötən ilin yayında Fernandeşin transferi ilə bağlı İstanbul nəhəngi ilə danışıq aparmış, ancaq türklərlə ortaq məxrəcə gələ bilməmişdi.

Qeyd edək ki, "Transfermarkt" portalı Fernandeşin transfer qiymətini 17 milyon avro ilə dəyərləndirir.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər