Ötən mövsüm "Fənərbağça"da aldığı zədələr səbəbindən normal formada olmayan Sinan Gümüş klubdan ayrılmaq üzrədir.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, Superliqa komandaları arasında Sinanı öz heyətində görmək istəyən bir neçə klub var.
Lakin ən real namizəd "Göztəpə" klubudur.
İzmir təmsilçisi ilə 27 yaşlı futbolçu arasında danışıqların yaxın vaxtlarda başlaması gözlənilir.
Emin Şəmsiyev