"Fənərbaxça" - "Beşiktaş" derbisində iki qol

"Fənərbaxça" - "Beşiktaş" derbisində iki qol
Türkiyə Super Liqasında VI turun mərkəzi görüşü "Fənərbaxça" və "Beşiktaş" arasında keçirilib.
Fanat.Az xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş İstanbul derbisində qalib müəyyənləşməyib - 1:1.
Hesabı 40-cı dəqiqədə qonaqların hücumçusu Rayan Babel açıb. 71-ci dəqiqədə isə Andre Ayyu meydan sahiblərinin bərabərlik qolunu vurub. 90+3-cü dəqiqədə "qara qartallar"ın oyunçusu Caner Erkin qırmızı vərəqə alıb.
Bu nəticədən sonra xallarını 11-ə yüksəldən "Beşiktaş" 4-cü, 7 xala malik "Fənərbaxça" 13-cü pillədə qərarlaşıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər