"Fənərbağça"nın yeni baş məşqçisi bəllidi

"Fənərbağça"nın yeni baş məşqçisi bəllidi
"Ferentsvaroş"un baş məşqçisi Sergey Rebrov növbəti mövsümdən "Fənərbağça"nı çalışdıracaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti informasiya yayıb. Uzun müddət davam edən danışıqlardan sonra Rebrovun "Fənərbağça"ya razılıq verdiyi və bu barədə "Fenertsvaroş" rəhbərliyini məlumatlandırdığı bildirilib.
Ukraynalı mütəxəssis 2018-ci ilin avqustundan Macarıstan klubunu çalışdırırdı. Onun rəhbərliyi altında "Ferentsvaroş" 2018-19 mövsümünün yekunlarına görə ölkə çempionatının qalibi olmuşdu.
Qeyd edək ki, Rebrov 2002-2004-cü illər aralığında icarə əsasında "Fənərbağça"da çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər