Vitor Pereyra ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışlarını davam etdirən “Fənərbağça” mövsümü sabiq çalışdırıcısı İsmail Kartalla başa vurmağa qərar verib.
Fanat.Az xəbər verir ki, klub bu barədə açıqlamada yeni məşqçinin 2022-23 mövsümünün əvvəlində açıqlanacağını bildirilib.
"Danışıq apardığımız namizədlər mövsümün ortasında işə başlamaq əvəzinə, yeni mövsümün startından fəaliyyət göstərməyə üstünlük verdiklərini bildirdilər. Super Liqa, Türkiyə Kuboku və UEFA Avropa Konfrans Liqası olmaqla, 3 cəbhədə hədəflərinə doğru mübarizəni davam etdirən komandamız üçün cari mövsümdə yarım mövsüm planlaması hazırlanıb. Bu keçid dövründə camiəmizin önəmli dəyərlərindən biri olan, həm futbolçu, həm də məşqçi kimi klubumuza xidmət etmiş İsmail Kartalla əlaqə quruldu. 2014-2015 mövsümündə də komandamızı çalışdıran Kartal, "Fənərbağça"nın ona ehtiyacı olanda qeyd-şərtsiz vəzifəyə hazır olduğunu bildirdi. Beləliklə, klubumuz mövsümün qalan hissəsi üçün İsmail Kartal ilə anlaşdı".
Qeyd edək ki, 2014-15 mövsümündə İstanbul təmsilçisini çalışdıran Kartal mövsümü 74 xalla ikinci pillədə başa vurub. Mirağa