"Fənərbağça"nın sabiq legioneri "Qalatasaray" yolunda

"Fənərbağça"nın sabiq legioneri "Qalatasaray" yolunda

Moskva "Spartak"ının yarımmüdafiəçisi Viktor Mozeslə Türkiyənin "Qalatasaray" klubu maraqlanır.

Fanat.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Süleyman Rodop şəxsi "Facebook" səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Mozesin heyətə qatılmasında şəxsən “Qalatasaray”ın idman departamentinin rəhbəri Adnan Öztürk maraqlıdır.

Xatırladaq ki, nigeriyalı futbolçu 2019-cu ildə “Fənərbağça”da çıxış edib. "Sarı bülbüllər"in heyətində 23 oyun keçirən 31 yaşlı yarımmüdafiəçi 5 qolla yadda qalıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər