"Fənərbağça"nın qapıçısı: "Rəqibin fərqi yoxdur!"

"Fənərbağça"nın qapıçısı: "Rəqibin fərqi yoxdur!"

Avropa Liqasının II turu çərçivəsində D qrupunda "Fənərbağça" doğma meydanda "Olimiakos"u qəbul edəcək.

Fanat.Az "Sporx" saytına istinadən xəbər verir ki, komandanın qapıçısı Altay Bayındır oyundan öncə mətbuat önündə çıxış edib:

"Çox önəmli bir oyuna çıxacağıq. Hər oyun olduğu kimi qarşıdakı görüşə də hazırıq. "Fənərbağça"yıq, rəqibin kim olmasının heç bir önəmi yoxdur". 

23 yaşlı qapıçının çıxışının videogörüntüsünü təqdim edirik: 

 

Xatırladaq ki, oyun bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər